XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



ACF nümayəndələri Yaponiya mədəniyyəti və Budo festivalında iştirak ediblər
İdman 11:05 / 18.12.2023

Azərbaycan Cüdo Federasiyasının (ACF) nümayəndələri Yaponiya səfirliyinin təşkilatçılığı ilə keçirilən ənənəvi Yaponiya mədəniyyəti və Budo festivalında iştirak ediblər.

Xüsusi stendlə təmsil olunan ACF tədbir zamanı ictimaiyyətin diqqətini cüdonun təbliğinə və mühüm sosial məsələlərə yönəldib.

Tədbir boyu iştirakçılar bu idman növünün tarixi, dəyərləri, Azərbaycan cüdoçuları və idmanının gələcək inkişaf istiqamətlərini əhatə edən məlumatlar əldə ediblər. Eyni zamanda, stenddə həm uşaqların, həm də böyüklərin marağına səbəb olan "Söz verirəm” kampaniyası keçirilib. Uşaqlar üçün "bullying” (qısnama) mövzusunda maarifləndirici söhbətlər aparılıb, iştirakçılara sertifikatlar və qolbaqlar paylanıb.

Tədbirdə kata üzrə ekspertlər İbrahim Aslanov və İsmayıl Rzayev cüdonun "kata” texnikalarını nümayiş etdiriblər.

ACF rəhbərliyi Yaponiyanın zəngin mədəniyyətini daha dərindən tanımaq imkanı yaradan və festivalın yüksək səviyyədə təşkilinə görə Yaponiya səfirliyinə səmimi minətdarlığını bildirib.


19021 oxunub

InvestAZ