"Euro Club Index” statistik internet portalı 2023/2024 mövsümündə Avropa Liqasının qalibi favoritlərin adını açıqlayıb. ECI hesablamalarına görə, İngiltərənin "Liverpul” komandası (38%) turnirdə qalib gəlmək ehtimalı yüksəkdir. Reytinqdə ikinci yerdə Leverkuzen” Bayer” (12%) qərarlaşıb. İlk üçlüyü İtaliyanın "Milan”ı (7%) qapayır. İngiltərənin "Brayton” (6%) və "Vest Hem” (5%), eləcə də İtaliyanın "Atalanta" (5%) Avropa Liqasını qazanmaq şansı "Milan"dan bir qədər azdır.
Xatırladaq ki, bu gün, dekabrın 18-də İsveçrənin Nyon şəhərində Avropa Liqasının 2023/2024 mövsümünün pley-off oyunlarının püşkatma mərasimi keçiriləcək. Püşkatma mərasimində 16 komanda Avropa Liqasının qrup mərhələsində ikinci yeri tutmuş səkkiz klub və Çempionlar Liqasının qrup mərhələsində üçüncü yeri tutmuş səkkiz klub iştirak edəcəklər.
22411 oxunub