XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Əfsanəvi basketbolçu əməliyyat olundu
İdman 10:03 / 18.12.2023
Əfsanəvi amerikalı basketbolçu Kərim Əbdül-Cabbar omba nahiyəsindən uğurla əməliyyat olunub. Bu barədə «Lakeshow» sosial şəbəkəsində məlumat yer alıb.
Xatırladaq ki, əfsanəvi basketbolçu dekabrın 15-də Los-Ancelesdəki konsertlərdən birində iştirak edib. "Los Anceles Leykers”in keçmiş futbolçusu təsadüfən yerə yıxılıb və sınıq xəsarəti alıb. Hadisəyə dərhal reaksiya verən həkimlər Kərimi müalicə üçün xəstəxanaya göndəriblər.
Qeyd edək ki, Əbdül-Cabbarın hazırda 76 yaşı var. O, Milli Basketbol Assosiasiyasının altıqat (1971, 1980, 1982, 1985, 1987, 1988) çempionudur. Iki dəfə NBA Finallarının «Ən dəyərli oyunçusu» (1971, 1985) seçilib. Kərim Əbdül-Cabbar aktyor kimi 30-yaxın filmdə rol alıb. Onu məşhurlaşdıran ən uğurlu ekran əsəri əfsanəvi Bryus Li ilə çəkildiyi «Ölüm oyunu» filmidir.

19446 oxunub

InvestAZ