XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Bakı Texniki Kollecinin komandası spartakiadada uğurla çıxış edir
İdman 12:01 / 18.12.2023

"Gənclik” Tələbə İdman Cəmiyyətinin təşkilatçılığı ilə orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş XV Respublika Spartakiadası keçirilir. Yarışda Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecinin komandası da iştirak edir. Kollecin komandası müxtəlif növlər üzrə yarışlarda uğurla çıxış edərək mükafatşılar sırasında yer alıblar. Belə ki, kolleci təmsil edən komanda şahmat üzrə oğlanların yarışında birinci, qızların dama yarışında isə ikinci yerə sahib çıxıb.

Bakı Texniki Kollecinin komandası stolüstü tennis yarışlarında da fərqlənməyi bacarıb. Kollecin həm oğlanlar, həm də qızlardan ibarət komandası üçüncü yerlə kifayətlənib.

Tələbə idmançıların qazandığı uğurlarda kollecin müəllimləri Səbuhi Əliyev, Hacı Hüseynov vəAydın Kazımbəyovun böyük əməyi var.




21018 oxunub

InvestAZ