XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Prezident Kubokunda ikinci tur yekunlaşdı 
İdman 17:09 / 17.12.2023

Çövkən milli atüstü oyunu üzrə Prezident Kubokunda ikinci yarış gününə yekun vurulub. Binə Atçılıq Mərkəzinin qapalı manejində təşkil olunan turnirin ikinci günündə dörd görüş keçirilib.

İlk oyunda "Sərhədçi-Qarabağ” komandası "Köhlən”i 4:1 hesabı ilə məğlub edib. İkinci matçda "Polad” "Şirvan" komandasına 5 cavabsız qolla qalib gəlib. Üçüncü görüşdə "Sərhədçi-Dilbaz” "Zəfəri”ı üstələyib – 5:1.

Günün mərkəzi qarşılaşmasında isə "Omar” və "Embavood” üz-üzə gəlib. Oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, çövkən üzrə Prezident Kubokuna dekabrın 23-də yekun vurulacaq.


20830 oxunub

InvestAZ