XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Veteran stolüstü tennisçilər ölkə turnirində yarışıblar
İdman 16:25 / 17.12.2023

Veteran stolüstü tennisçilər arasında ölkə turniri keçirilib. "Şüa” İdman Kompleksində təşkil olunan yarışda 60-a yaxın iştirakçı mübarizə aparıb. Qadınlar 1, kişilər isə 4 yaş qrupu üzrə qalib və mükafatçıları müəyyənləşdiriblər. Maraqlı idman mübarizəsinin nəticələrinə əsasən qadınlar arasında Svetlana Kayumova bütün rəqiblərini üstələyib. Kişilərin yarışlarında isə, Mahir Cəbiyev, Elşad Vahidov, Əsgərqulu Heydərli və Səxavət Heydərov müxtəlif yaş kateqoriyalarına əsasən, qızıl medala sahib çıxıblar. Qaliblər Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom və hədiyyələri ilə mükafatlandırılıblar.


22094 oxunub

InvestAZ