XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Azərbaycan taekvondoçusu Paris-2024-ə lisenziya qazanıb
İdman 16:47 / 17.12.2023

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Çinin Usi şəhərində Olimpiya çəkiləri üzrə keçirilən "Böyük Dəbilqə” turnirində 58 kiloqram çəki dərəcəsində taekvondo üzrə təsnifat mərhələsində uğurlu çıxış edərək qızıl medal qazanıb.

Bu barədəMilli Olimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Qaşım Maqomedov "Böyük Dəbilqə” turnirində qızıl medal qazanan ilk Azərbaycan taekvondoçusu olub. Təsnifat mərhələsini qızıl medalla başa vuran taekvondoçumuz Olimpiya çəkiləri üzrə keçirilən "Böyük Dəbilqə”nin Çempionlar Seriyasının final mərhələsinə yüksəlib. Taekvondoçumuz bu mərhələni də uğurla başa vuraraq "Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Bununla da, Azərbaycan komandası "Paris-2024” Yay Olimpiya Oyunlarına 9-cu lisenziyanı təmin edib.



21427 oxunub

InvestAZ