XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



La Liqa: "Barselona" Mestaliya səfərində xal itirdi
İdman 02:36 / 17.12.2023

Futbol üzrə İspaniya La Liqasında 17-ci turun oyunları davam edir. Günün maraqla gözlənilən oyunlarından biri Mestaliada "Valensiya” və "Barselona” komandaları arasında olub. Oyunda hesabı matçın 55-ci dəqiqəsində kataloniyalılar açıblar. Joau Feliks fərqlənərək "Barselona”nı hesabda önə keçirib. Qarşılaşmanın 70-ci dəqiqədə isə meydan sahibləri hesabı bərabərləşdirməyə müvəffəq olublar. Uqo Qilyamonun vurduğu qol həm də matçın yekun hesabını müəyyənləşdirib -1:1. Beləliklə, səfərdən 1 xalla qayıdan Kataloniya təmsilçisi aktivindəki xalların sayını 35-ə çatdıraraq üçüncü pilləyə yüksəlib. "Yarasalar” isə 20 xalla 10-cudur.


22264 oxunub

InvestAZ