XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Premyer Liqa: futbolçunun meydanda ürəyi dayandı
İdman 00:26 / 17.12.2023

İngiltərə Premyer Liqasının XVIIturu çərçivəsində keçirilən "Bornmut” - "Luton Taun” oyunu yarımçıq dayandırılıb. Buna səbəb qarşılaşmanın 1:1 olduğu vaxtda matçın 59-cu dəqiqəsində "Luton Taun” klubunun kapitanı Tom Lokyerin huşunu itirərək yıxılması olub.

29 yaşlı futbolçuya dərhal komandaların həkimləri tərəfindən ilkin tibbi yardım göstərilib. Xəstəxanaya aparılan futbolçunun hazırda səhhətinin stabil olduğu bildirilir.

Qeyd edək ki, oyunun baş hakimi baş hakimi Saymer Hupermatçı yarımçıq dayandırıb və oyunu qeyri-müəyyən vaxta təxirə salıb.

Xatırladaq ki, T.Lokyer ötən ilin may ayında Çempionşipin pley-off mərhələsində "Kauntri” ilə qarşılaşmada da huşunu itirərək yıxılmışdı. Xəstəxanaya çatdırılan futbolçu dərhal ürək əməliyyatı keçirmişdi. Aparılan testlərdən sonra futbolçunun iyun ayında yenidən yaşıl meydanlara qayıtmasına izacə verilmişdi. Tom Lokyer bu mövsüm Premyer Liqada 14 oyun keçirib və 1 qol müəllifi olub.


20072 oxunub

InvestAZ