XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



"Murov Az Terminal" liderə qalib gəldi
İdman 18:15 / 16.12.2023

Qadın voleybolçular arasında Azərbaycan çempionatında daha bir oyun baş tutub. Əvvəlki turlardan vaxtı dəyişdirilmiş bu qarşılaşmada "Murov Az Terminal" və "Abşeron" klubları üz-üzə gəliblər.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan matç gərginliyi ilə yadda qalıb. İlk iki setdə daha yaxşı təsir bağışlayan "Murov Az Terminal" hesabda irəli çıxıb. Növbəti hissəni isə "Abşeron" kollektivi aktivinə yazdırıb və ümumi hesabı 2:1 edib.

Lakin təşəbbüsü yenidən ələ alan "Murov Az Terminal" dördüncü setdən də qalib ayrılıb. Beləliklə, 4 hissə davam edən qarşılaşmada "Murov Az Terminal" 3:1 (28:26, 25:22, 29:31, 25:17) hesabı ilə qələbə qazanıb. Bu, "Abşeron”un cari mövsümdə ilk məğlubiyyəti olub.

Qeyd edək ki, "Azərreyl” və " Abşeron" 15 xalla 1-2-ci yerləri bölüşürlər. Xallarının sayını 12-yə çatdıran "Murov Az Terminal" 3-cü, 9 xalı olan "Gəncə" 4-cü, 3 xalı olan "Milli Aviasiya Akademiyası" 5-ci, xalı olmayan UNEC isə sonuncu pillədədir.


18996 oxunub

InvestAZ