Cüdoçumuz Priştinada üçüncü oldu
İdman 23:05 / 16.12.2023
Kosovanın Priştina şəhərində cüdo üzrə Açıq Avropa çempionatı keçirilib. "Köhnə qitə”nin 26 ölkəsindən 40 (25 kişi, 15 qadın) cüdoçunun iştirak etdiyi yarışda ölkəmizi Hidayət Heydərov təmsil edib. -73 kq çəki dərəcəsində tatami üzərinə çıxan idmançımız Priştinada bürünc medal qazanıb. İdmançımız üçüncü yer uğrunda həlledici görüşdə gürcüstanlı Laşa Şavdatuaşvilini məğlub edib.
20169 oxunub