XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Premyer Liqa: "Zirə" Tovuz səfərində də xal itirdi 
İdman 22:01 / 16.12.2023

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turu çərçivəsində daha bir oyun keçirilib. Günün yeganə oyununda "Zirə" klubu Tovuz Şəhər Stadionunda "Turan Tovuz"un qonağı olub. Oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb -0:1. "Turan Tovuz”un heyətində qələbə qolunu matçın 76-cı dəqiqəsində Fərid Nəbiyev vurub. 8-ci pillədə qərarlaşan meydan sahibləri bu qələbə ilə xallarının sayını 19-a çatdırıb. Qəsəbə təmsilçisi isə 29 xalla 2-ci pillədə yer alır.

Tura dekabrın 18-də keçiriləcək "Qarabağ" - "Neftçi" oyunu ilə yekun vurulacaq.


22225 oxunub

InvestAZ