XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Baş məşqçi dekabrın 21-ni gözləyir
İdman 20:39 / 16.12.2023

Madrid "Real"ının baş məşqçisi Karlo Ancelotti Çempionlar Liqasının yerinə tezliklə Avropa Superliqasının yaradıla biləcəyi ilə bağlı məlumatlara münasibət bildirib."Bu məsələyə münasibət bildirmək üçün dekabrın 21-də nə baş verəcəyini gözləmək lazımdır. Ola bilsin ki, indiki futbolun tarixini dəyişəcək mühüm bir hadisə baş verəcək. Matç təqvimi və daha çox şey dəyişdiriləcək.Ancaq biz səbirli olmalıyıq"– deyəMadrid Universal X sosial şəbəkəsi (keçmiş Twitter) Ancelottinin sözlərini sitat gətirir. Xatırladaq ki, əvvəllər mətbuatda "kral klubu”un prezidenti Florentino Peresin iki və ya üç divizionun daxil ola biləcəyi Super Liqanın yaradılması ilə bağlı 50-60 klubla danışıqlar apardığı barədə məlumatlar yayılıb. Həmçinin dekabrın 21-də UEFA və FİFA-ya qarşı antiinhisar iddiası üzrə Avropa İttifaqının məhkəməsi keçiriləcək. Əgəristənilən nəticə əldə olunsa, klublar bu qurumların himayəsi altında keçirilən turnirlərdə iştirakdan imtina edə biləcəklər.


20390 oxunub

InvestAZ