XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Gələn ilin voleybol yarışları müəyyənləşib
İdman 21:33 / 16.12.2023

"Inside the Games” xəbər verir ki, 2024-cü ildə voleybol üzrə Millətlər Liqasının ilkin mərhələsi may-iyun aylarında dörd qitədə, altı həftə ərzində keçiriləcək. Yarışa Braziliya, Kanada, Çin, Yaponiya, Filippin, Sloveniya, Türkiyə və ABŞ ev sahibliyi edəcək. Bununla da Millətlər Liqası altıncı dəfə təşkil ediləcək. Kişi və qadınların yarışlarında 16 komanda mübarizə aparacaq.

Reqlamentə görə, ilkin mərhələnin oyunları üç oyun həftəsinə bölünür. Kişilər mayın 21-dən 26-dək Antalyada (Türkiyə) və Rio-de-Janeyroda (Braziliya), iyunun 4-dən 9-dək Yaponiyada (şəhər məlum deyil) və Ottavada (Kanada), iyunun 18-dən 23-dək Lyublyanada (Sloveniya) və Manilada (Filippin) yarışacaqlar.

Qadınlar mayın 14-dən 19-dək Antalya və Rio-de-Janeyroda, mayın 28-dən iyunun 2-dək Makaoda (Çin) və Arlinqtonda (Texas, ABŞ), 11-16 iyunda Honq Konqda (Çin) və Yaponiyada ( şəhər daha sonra elan olunacaq) ən güclünü müəyyənləşdirəcəklər. Final turnirinin yerləri isə hələ açıqlanmayıb. Finallar kişilər üçün 27-30 iyun, qadınlar üçün isə 20-23 iyun tarixlərində keçiriləcək. Həmin mərhələdə səkkiz komanda iştirak edəcək.

2024-cü ildə kişilər arasında Millətlər Liqasında Argentina, Braziliya, Bolqarıstan, Kanada, Kuba, Fransa, Almaniya, İran, İtaliya, Yaponiya, Niderland, Polşa, Serbiya, Sloveniya, Türkiyə və ABŞ iştirak edəcək.

Qadınların yarışında Braziliya, Bolqarıstan, Kanada, Çin, Dominikan Respublikası, Fransa, Almaniya, İtaliya, Yaponiya, Cənubi Koreya, Niderland, Polşa, Serbiya, Tailand, Türkiyə və ABŞ mübarizə aparacaq.

Millətlər Liqasının ilkin turniri komandaların dünya reytinqinə təsir edən sonuncu turnir olacaq. Onun vasitəsilə kişilər və qadınlar üçünParis-2024YayOlimpiya Oyunlarına beşvəsiqə əldə edəcəklər.


20387 oxunub

InvestAZ