İdman 16:40 / 16.12.2023
Uimbledon-2022-nin finalçısı, avstraliyalı tennisçi Nik Kirgios öz idman növündə maaşları və basketbolla müqayisə edib.O, xüsusilə"VaşingtonUizards”ın hücumçusu Kayl Kuzmanı xatırladıb.
"Mən başa düşmürəm ki, Kayl Kuzma kimi orta istedadlı NBA oyunçusunecə ola bilər ki,bu yay 100 milyon dollara dörd illik müqavilə imzalaya bilər.Demək olar ki, Rocer Federer bütün karyerası ərzindəcəmi130 milyon dollarqazanıb. Kayl hətta NBA-nın"ən yaxşı 50 oyunçusu”nun sırasına da daxil deyil,” – "Sports İllustrated” ondan sitat gətirir.
Qeyd edək ki, Kuzmanın yer aldığıkomandaŞərq Konfransının turnir cədvəlində 14-cü yerdədir.Paytaxt komandası müntəzəm mövsümdə cəmi 4 qələbə qazanıb, 20-də uduzub.