XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



PFL rəhbərliyi qəzaya düşdü
İdman 13:35 / 16.12.2023

Bu gün səhər saat 06:30 radələrində Peşəkar Futbol Liqasının (PFL) rəhbərliyi Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində qəzaya düşüb. Bakı şəhər sakini Rəsul Qafarlının idarə etdiyi "Mercedes Vito” markalı avtomobillə Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb.

Qəzada 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan nümayəndə heyətində PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, texniki-idman direktoru Elgiz Abbasov, icraçı direktor Zaur Hacıməhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev olub.

Qəzadan sonra yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər. Müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Onlardan 2-nin vəziyyəti ağır, 2-nin vəziyyəti orta ağır, 2-nin vəziyyəti isə stabil qiymətləndirilir. Xəsarət alan şəxslər Bakıda yerləşən özəl tibb müəssisəsinə təxliyə olunublar.

Qeyd edək ki, PFL rəhbərliyi Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində Xankəndi şəhərində baş tutacaq "Qarabağ" - MOİK matçı ilə bağlı stadionunun son durumuyla tanış olmaq üçün sözügedən şəhərə səfər edirdi.



21736 oxunub

InvestAZ