XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Prezident Kubokunun açılış mərasimi keçirilib
İdman 16:48 / 15.12.2023

Azərbaycan Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə çövkən milli atüstü oyunu üzrə Prezident Kubokunun açılış mərasimi keçirilib. Binə Atçılıq Mərkəzinin qapalı manejində reallaşan tədbirdə əvvəlcə iştirakçı komandaların paradı baş tutub.

Ardınca xüsusi orkestrin müşayiəti ilə ifa olunan mahnılardan ibarət konsert proqramı təşkil olunub.

Sonra rəqs ansamblının milli musiqi sədaları altında çıxışları və Dövlət Sərhəd Xidmətinin "Süvarilər" qrupunun Qarabağ atları üzərində igidlik və hünər nümunələrindən ibarət "Odlar Yurdu" adlı şou izləyicilər tərəfindən maraqla qarşılanıb.

Açılış mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov ARAF-a il ərzində keçirdiyi yarışlara görə minnətdarlığını bildirib. İdmançıların beynəlxalq arenalarda qazandığı uğurlardan bəhs edən nazir ölkədə atçılığın böyük inkişaf yolu keçdiyini diqqətə çatdırıb.

Daha sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin general-leytenantı Cəmil Abdullayev isə Prezident İlham Əliyevin idman sahəsinə göstərdiyi diqqət və qayğı nəticəsində ölkədə çövkən üzrə yarışların tez-tez təşkil olunduğunu vurğulayıb. O, Prezident Kubokunun keçirilməsində əsas məqsədin Azərbaycanda atçılığın inkişafına təkan yaratmaq və gənclər arasında bu idman növünü təbliğ etmək olduğunu qeyd edib.

Ardınca A qrupunda yer alan "Sərhədçi-Qarabağ" və "Polad" komandalarının oyunu start götürüb.

Turnirdə Ağstafa və Ağcabədi rayonlarını təmsil edən klublarla yanaşı, Bakıdan 6 komanda iştirak edir.

Qeyd edək ki, Prezident Kubokuna dekabrın 23-də yekun vurulacaq.


22996 oxunub

InvestAZ