XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



"Qarabağ"dan növbəti qələbə
İdman 23:19 / 15.12.2023

Qadın həndbolçular arasında Azərbaycan çempionatında V tura start verilib. İlk gündə "AHF Arena” İdman Kompleksində iki oyun keçirilib.

Lider "Qarabağ” yoluna itkisiz davam edir. Adı çəkilən komanda autsayderlər zonasında qərarlaşan "Bakı”nı asanlıqla məğlub edərək (41:12), ardıcıl 5-ci qələbəsini qazanıb.

"İdman Akademiyası” ilə "Gənclər Birliyi” arasında baş tutan mübarizədən isə birincilər qalib ayrılıblar. Rəqibinə 20:28 hesabı ilə uduzan "Gənclər Birliyi” bu dəfə də xala həsrət qalıb.

Qeyd edək ki, qadınların yarışında turun son oyunu dekabrın 16-da "Azəryol”la "Kür” arasında keçiriləcək. Dekabrın 16-17-də isə kişilər arasında ölkə çempionatında V turun qarşılaşmaları gerçəkləşəcək.


21237 oxunub

InvestAZ