XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Gələn il Bakıda ilk dəfə bədii gimnastika üzrə Avropa Kuboku yarışı təşkil olunacaq
İdman 19:54 / 15.12.2023

2024-cü ildə Bakıda ilk dəfə bədii gimnastika üzrə Avropa Kuboku keçiriləcək. Bu, Avropa Gimnastikasının təşəbbüsü ilə reallaşacaq.

Yeni formatı ilə fərqlənəcək yarışın proqramına "çarpaz-qarşılaşmalar” salınıb. Bu, gimnastların təsnifat yarışlarından sonra final mərhələsinə yüksəlmələri üçün püşkatma əsasında birbaşa bir-biriləri ilə yarışdıqları mübarizədir.

Yarışda mükafat fondu olacaq və qalibləri mükafatlandırma qaydaları mövcuddur.

Avropa Kuboku Beynəlxalq Gimnastika Federasiyasına üzv olan bütün ölkələr üçün açıq olacaq. Nüfuzlu turnirdə çoxnövçülük, komanda hesabı və fərdi proqramda final yarışları keçiriləcək. Yarışda təkcə böyüklər deyil, gənclər də iştirak edəcəklər.

Qeyd edək ki, Avropa Kuboku 2024-cü il martın 29-dan 31-dək Milli Gimnastika Arenasında təşkil ediləcək.


21960 oxunub

InvestAZ