XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Prezident Kuboku: ilk günün qaliblərinin adlarına aydınlıq gəldi
İdman 19:01 / 15.12.2023

Çövkən milli atüstü oyunu üzrə Prezident Kubokuna start verilib. Turnirin açılış günündə dörd oyun keçirilib.

İlk qarşılaşmada "Köhlən” komandası "Şirvan”ı 5-1 hesabı ilə məğlub edib . İkinci matçda "Embavood” "Zəfər” komandasına 3 cavabsız qolla qalib gəlib. Üçüncü görüşdə "Sərhədçi-Dilbaz” "Omar”ı üstələyib - 3-1.

Günün mərkəzi oyununda isə "Polad” və "Sərhədçi-Qarabağ” üz-üzə gəlib. Oyun "Polad" komandasının 3-1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu gün start götürən Prezident Kubokuna dekabrın 23-də yekun vurulacaq.


21760 oxunub

InvestAZ