XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



““İnter” “Atletiko”dan qorxmamalıdır”
İdman 12:19 / 15.12.2023

İtaliya millisinin sabiq müdafiəçisi Corcio Kyellini "İnter"in Çempionlar Liqasının 1/8 final mərhələsindəki mümkün rəqibləri haqqında fikirlərini bölüşüb. "İnter” kimi komanda "Atletiko”dan qorxmamalıdır. Amma "Real”, "Bavariya” və "Mançester Siti”dən ehtiyatlı olmaq lazımdır”, – deyə "Sky Sport Italia”ya bildirib.

Xatırladaq ki, "Milan” Çempionlar Liqasının qrupunda ikinci yeri tutub. Komandanın 1/8 final mərhələsində rəqibləri "Bavariya”, "Borussiya” (hər ikisi Almaniya), "Mançester Siti”, "Arsenal” (hamısı İngiltərə), "Real”, "Atletiko”, "Barselona” (hamısı – İspaniya) ola bilər. Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi dekabrın 18-də İsveçrənin Nyon şəhərində keçiriləcək.


18840 oxunub

InvestAZ