XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



"Qarabağ" tarixində ilk dəfə olaraq Avropa Liqasının pley-offuna vəsiqə qazandı 
İdman 23:58 / 14.12.2023

"Qarabağ" klubu Azərbaycan futbol tarixində ilk dəfə olaraq UEFA Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb. H qrupunda yer alan komandamız buna qrup mərhələsinin sonuncu -altıncı turu çərçivəsində Bakıda keçirilən "Hekken”lə (İsveç) oyunda qazandığı qələbə sayəsində nail olub. Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan qarşılaşmada rəqibini 2:1 hesabı ilə məğlub edən Qurban Qurbanovun komandası adını pley-offa yazdırıb. "Qarabağ”ın heyətində hesabı 1-ci dəqiqədə Leandro Andrade açıb. İlk hissənin sonlarında "Köhlən atlar” üstünlüyünü bir qədər də artırıblar. 45+3-cü dəqiqədə Yassin Benzia qol müəllifi olub -2:0.

Oyunun sonlarına yaxın rəqib komanda buraxılan qollardan birinin əvəzini çıxıb. Bədavi Hüseynov avtaqola imza atıb. Beləliklə, oyunda 2:1 hesablı qələbə qazanan "Qarabağ” 10 xalla qrup ikincisi kimi pley-offa adlayıb.

Bu qrupun digər oyununda isə Almaniyanın "Bayer" klubu doğma meydanda Norveçin "Molde" komandasını böyük hesabla məğlub edib -5:1. Bundestim təmsilçisiqələbə sayəsində18 xalla qrupulider kimi başa vurub.

Qrupu 7 xalla başa vuran "Molde" isə mübarizəni Konfrans Liqasında davam etdirəcək.


18962 oxunub

InvestAZ