XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Ərəblər yenidən “Real”a müraciət ediblər
İdman 17:25 / 14.12.2023

Madrid "Real"ının müdafiəçisi David Alaba Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunun maraq dairəsinə düşüb. Bu barədə "Relevo” saytı xəbər verib. Mənbənin məlumatına görə, Səudiyyə Ərəbistanı çempionatının klubu avstriyalı müdafiəçiyə mövsüm üçün təxminən 20 milyon avro ödəməyə hazırdır.

Qeyd olunur ki, Alaba özü "Real”dan ayrılmaq niyyətində deyil. O, Avropanın ən yaxşı turnirlərində çıxışını davam etdirmək istəyir. "Los Blancos"un baş məşqçisi Karlo Ançelotti də müdafiəçisi ilə yollarını ayırmaqda maraqlı deyil. O, Alabanı "Kral klubu”nun əsas oyunçularından biri hesab edir.

Məlumat üçün bildirək ki, David Alaba "Real”a keçən yay "Bavariya"dan azad agent kimi keçib. Bu mövsüm müdafiəçi komandanın heyətində bütün turnirlərdə 16 oyun keçirib, iki məhsuldar ötürmə edib. Futbolçunun Madrid klubu ilə müqaviləsi 2026-cı ilin iyunun sonuna kimi qüvvədədir. "Transfermarkt” internet portalına görə futbolçunun təxmini dəyəri 40 milyon avrodur.


24383 oxunub

InvestAZ