XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Milli Olimpiya Komitəsində keçirilən “İdman İnzibatçılıq kursu” başa çatıb - FOTO
İdman 12:54 / 14.12.2023
Milli Olimpiya Komitəsinin (MOK) təşkilatçılığı və Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun dəstəyi ilə 5-8 dekabr (1-ci kurslar üçün) və 11-13 dekabr (2-ci kurslar üçün) tarixlərində keçirilən "İdman inzibatçılığı kursu” başa çatıb. 
Milli Olimpiya Komitəsini mətbuat xidmətindən verilən məlumata görə, MOK-un inzibati binasında keçirilən kursun iştirakçıları Bədən Tərbiyəsi və İdman Akademiyasının Sabah qruplarının tələbələri olub. Kurslarda gender bərabərliyini qorumaq şərtilə ümumilikdə 40 tələbə iştirak edib.
Əsas məqsəd tələbələrin inzibatçılıq üzrə bilik və bacarıqlarını artırmaq olub.
Kursu Beynəlxalq Olimpiya Komitəsinin İdman İnzibatçılığı üzrə sertifikatına malik məruzəçilər MOK-un beynəlxalq proqramlar idarəsinin müdiri Mehman Kərimov, beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov, marketinq şöbəsinin direktoru Səkinə Vəliyeva, idman şöbəsinin baş məsləhətçisi Vaqif Əliyev, beynəlxalq proqramlar idarəsinin əməkdaşı Ceyhun Rəhmanov və Atletika Federasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Kənan Məhərrəmov aparıb.
Kursda antik və müasir Olimpiya Oyunlarının tarixi, kommunikasiya, Olimpiya Oyunlarının təşkil olunması, təhlükəsiz idman, Olimpiya marketinqi və digər mövzularda təqdimatlar edilmiş, iştirakçılar ilə bu mövzularda fikir mübadiləsi aparılıb.
Sonda iştirakçılara Beynəlxalq Olimpiya Komitəsinin sertifikatları təqdim olunub.


22987 oxunub

InvestAZ