XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Bolqarıstanın nazir Bakıda idman qurğularının fəaliyyəti ilə tanış olub - FOTO
İdman 12:03 / 14.12.2023

Ölkəmizdə səfərdə olan Bolqarıstanın gənclər və idman naziri Dimitar İliev Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə maraqlanıb. Bakı Su İdmanı Sarayının mövcud vəziyyəti ilə tanış olan nazir burada mütəxəssislərlə görüşüb. 

Ardıca Heydər Əliyev adına İdman-Konsert Kompleksində buz meydançası ilə tanışlıq zamanı oradakı şərait, qarşıda duran işlər barədə mütəxəssislərlə fikir mübadiləsi aparılıb. Həmçinin Milli Gimnastika Arenasına da baxış keçirilib.

Dimitar İliev Bakı Konqres Mərkəzində ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan "Azərbaycan Könüllülərinin VI Həmrəylik Forumu”na da qonaq olub, könüllülərin mükafatlandırılmasında iştirak edib. O, Bakı Slavyan Universitetində tələbələrlə də görüşüb.

Qonaq son olaraq Bakı Gənclər Mərkəzinin fəaliyyəti ilə tanış olub. Bolqarıstanın gənclər və idman nazirinə orada fəaliyyət göstərən klublar, infrastruktur imkanları, gənclərin fərdi inkişafı və asudə vaxtının təşkili üçün keçirilən layihələr barədə məlumat verilib.


20100 oxunub

InvestAZ