XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Avropa Liqası: "Qarabağ" pley-offun bir addımlığında
İdman 11:01 / 14.12.2023

Bu gün Azərbaycanın "Qarabağ" komandası UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununa çıxacaq. H qrupunda yer alan komandamız Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq oyunda İsveçin "Hekken" klubu ilə qarşılaşacaq. Saat 21:45-də başlayacaq oyunu albaniyalı FIFA hakimi Yucin Caya idarə edəcək. Bu oyun "Qarabağ” klubu üçün tarixi əhəmiyyət daşıyır. Belə ki, "Köhlən atlar” matçda qalib gələcəyi təqdirdə digər oyunun nəticəsindən asılı olmayaraq, tarixində ilk dəfə Avropa Liqasının 1/8 finalına vəsiqə qazanacaq.

Qrupun digər oyununda isə Almaniyanın "Bayer” komandası Norveçin "Molde" klubunu qəbul edəcək. Pley-offa vəsiqəni təmsil edən Bundestim təmsilçisi üçün qarşılaşma formal xarakter daşıyır.

Qeyd edək ki, hazırda aktivində 15 xalı olan "Bayer” komandası qrupa liderlik edir. "Qarabağ" klubu 7 xalla ikinci, eyni xala malik "Molde" isə üçüncüdür. Keçirdiyi bütün oyunlarda məğlub olan "Hekken”in isə qrup sonuncusudur.


21626 oxunub

InvestAZ