XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Çempionlar Liqası: G qrupunda mübarizə başa çatdı
İdman 00:36 / 14.12.2023

Futbol üzrə UEFA Çempionlar Liqasında G qrupunun oyunlarına yekun vurulub. Pley-offa vəsiqəni qabaqcadan təmin edən İngiltərənin "Mançester Siti” komandası üçün bu tur formal xarakter daşıyıb. Serbiyada "Srvena Zvezda” komandasının qonağı olan "şəhərlilər” turu qələbə ilə başa vurublar -2:3.

Qrupun digər oyununda isə Almaniyanın "Lyepsiq” və İsveçrənin "Yanq Boys” komandaları üz-üzə gəlib. Oyun Bundestim təmsilçisinin minimal hesablıq qələbəsi ilə yekunlaşıb -2:1.

Beləliklə, qrup mərhələsində keçirdiyi bütün oyunları qələbə ilə başa vuran "Mançester Siti” komandası 18 xalla pley-offa qrup lideri kimi vəsiqə qazanıb. Aktivində 12 xalı olan "Leypsiq” isə qrup ikincisi kimi növbəti mərhələyə yüksəlib. Qrupu dörd xalla başa vuran "Yanq Boys” mübarizəni Avropa Liqasında davam etdirəcək. Aktivində bir xalı olan "Srvena Zvezda” komandası isə sonuncu yeri tutaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, "Mançester Sİti” və "Leypsiq”lə yanaşı, "Bavariya”, "Borussiya” (hƏr ikisi Almaniya), "Kopenhagen" (Danimarka), "Arsenal” (İngiltərə), PSV (Niderland), "Real Madrid”, "Barselona”, "Real Sosyedad”, "Atletiko” (hamısı İspaniya), "Napoli", "İnter” və "Latsio” (hər ikisi İtaliya) komandaları 1/8 finala vəsiqə qazanıblar.


19083 oxunub

InvestAZ