XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Əliyar Ağayev növbəti dəfə Çempionlar Liqasının oyununu idarə edib
İdman 23:58 / 13.12.2023

Azərbaycanlı FIFA hakimi Əliyar Ağayev növbəti dəfə qitənin ən nüfuzlu klub turniri olan UEFA Çempionlar Liqasının oyununu idarə edib.

O, Serbiyada "Srvena Zvezda” və İngiltərənin "Mançester Siti” klubları arasında keçirilən  oyunun baş hakimi olub.

36 yaşlı hakimə Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirib.

Qarşılaşmanın VAR hakimi Alper Ulusoy (Türkiyə), AVAR isə Abdulkadir Bitigen (Türkiyə) olub.

Əliyar Ağayev "Mançester Siti"nin 3:2 hesablı qələbəsi ilə başa çatan matçda dörd futbolçuya sarı vərəqə göstərib. Azərbaycanlı referi meydan sahiblərindən Uroş Spayiç, Srcan Mixayloviç və Nasser Ciqanı, qonaqlardan isə Kelvin Filipsi sarı vərəqə ilə cəzalandırıb.


21787 oxunub

InvestAZ