XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Ağırlıqqaldıranımız Qətərdə çempion oldu
İdman 21:32 / 13.12.2023

Qətərin paytaxtı Dohada keçirilən Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının II Qran-Pri yarışı davam edir. Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə 70-dən çox ölkədən 382 (176 qadın + 206 kişi) atlet iştirak edir. Yarışda ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının üzvləri də körpücük üzərinə çıxıblar.
Bu gün onlardan son olaraq Dadaş Dadaşbəyli mübarizəyə qoşulub. O, 109 kq çəki dərəcəsində çıxış edib.
İdmançımız birdən qaldırma hərəkətində 176 kq-ı ram edib və bu hərəkətin qalibi olub.
Dadaş təkanla qaldırma hərəkətində 212 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə gümüş medala sahib çıxıb.
Ümumilikdə 388 kq (176 kq + 212 kq) nəticə göstərən D.Dadaşbəyli, yekun sıralamada da hamını qabaqlayıb və yarışın çempionu olub. 


20053 oxunub

InvestAZ