XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



"Sevilya" Çempionlar Liqasını antirekordla tamamladı
İdman 12:48 / 13.12.2023

İspaniyanın "Sevilya" klubu Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda Fransanın "Lans"ına uduzaraq (1:2), B qrupunda sonuncu yeri tutub. "Opta”nın məlumatına görə, "Əndəlus” təmsilçiləri 2 xal toplayıblar. "Sevilya” Çempionlar Liqasının qrup mərhələsində qələbə qazana bilməyən 5-ci İspaniya komandası olub. Buna qədər "Deportivo” (2004/05), "Atletiko” (2009/10), "Vilyarreal” (2011/12) və "Real Sosyedad” (2013/14) eyni nəticə ilə yadda qalıblar.

Bununla belə, matçda müsbət məqamlar da olub. Belə ki, qolu "Sevilya"nın mərkəz müdafiəçisi Serxio Ramos penaltidən vurub. Bu qol onun Çempionlar Liqasındakı 17-ci qoludur və onu müdafiəçilər arasında əsas avrokuboklarda qol rekordçusu edir. Jerar Pike və Roberto Karlos hərəyə 16 qol vurub. Ramos həm də Çempionlar Liqası matçında penalti vuran ən yaşlı oyunçu olub - 37 yaş 257 gün.


20576 oxunub

InvestAZ