XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Ağırlıqqaldıranlar Azərbaycan Kubokunda bir araya gələcəklər
İdman 13:43 / 13.12.2023

Dekabrın 16-17-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Mərkəzinin yarış zalında ağırlıqqaldırma üzrə Azərbaycan Kuboku keçiriləcək. Azərbaycan Ağırlıqqaldırma Federasiyasından verilən məlumata görə, yarışda şəhər və rayonları təmsil edən yüzdən çox atlet qüvvəsini sınayacaq.

Yarışın təşkil olunmasında əsas məqsəd ağırlıqqaldırma idman növünün bölgələrdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması, Paris-2024 Yay Olimpiya Oyunların təsnifat xarakteri daşıyan Avropa çempionatında iştirak edəcək heyətin tərkibinin müəyyənləşdirilməsindən ibarətdir.



20093 oxunub

InvestAZ