XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



"Real” Ancelottinin dəyərini artırır
İdman 11:23 / 13.12.2023

Madrid "Real”ının baş məşqçisi Karlo Ancelotti "Union Berlin"lə qalib gələrək (3:2), Çempionlar Liqasında qazandığı matçların sayına görə klubun lideri olub.Ancelotti "Los Blancos"un keçmiş baş məşqçisi Migel Munyozu qabaqlayıb, eyni zamanda Madridin baş məşqçisi kimi daha az oyun keçirib - 56-ya qarşı 71. İtalyan mütəxəssis avrokuboklarda 42-ci qələbəsini qazanıb.

Xatırladaq ki, "Real” Çempionlar Liqasının C qrupunda keçirilən altı oyunun hamısında qalib gəlib. Madrid klubu əvvəlki dəfə 2014/2015 mövsümündə belə nəticə əldə edə bilib. Həmin mövsüm komanda "Bazel”, "Ludoqorets” və "Liverpul”la eyni qrupda bütün rəqiblərini qabaqlayıb.

Qeud edək ki, "Real” 18 xalla C qrupunda birinci, İtaliyanın "Napoli” klubu isə 10 xalla ikinci pillədə yer alaraq, turnirin pley-off mərhələsinə yüksəlib.

Xatırladaq ki, "Real”ın növbəti görüşü La Liqa çərçivəsində "Vilyarreal”a qarşı olcaq. Qarşılaşma dekabrın 17-də keçiriləcək.


19379 oxunub

InvestAZ