XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Çempionlar Liqası: “Qalatasaray” mübarizəni Avropa Liqasında davam etdirəcək
İdman 08:24 / 13.12.2023

UEFA Çempionlar Liqasının qrup mərhələsində VI turun oynlarına start verilib. Sonuncu turun ilk oyun günündə 8 qarşılaşma təşkil olunub. Turun maraqla gözlənilən oyunu Daimarkada baş tutub. A qrupunda yer alan Türkiyənin "Qalatasaray” klubu Danimarkada "Kopenhagen”in qonğı olub. Oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb -1:0. "Aslanlar” bu məğlubiyyətdən sonra turnirlə vidalaşıblar. Qrupu üçüncü pillədə başa vuran "Qalatasaray” mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək.

Almaniyanın "Bavariya” klubu isə İngiltərədə "Mançester Yunayted”lə qarşılaşıb. Bundestim təmsilçisi matçda minimal hesablı qələbə qazanıb -0:1. Evdə "Bavariya"ya eyni hesabla məğlub olan "Mançester Yunayted" isə avrokuboklarla vidalaşıb.

Çempionlar Liqası

Qrup mərhələsi, VI tur

12 dekabr

A qrupu

"Mançester Yunayted” (İngiltərə) – "Bavariya” (Almaniya) - 0:1

"Kopenhagen” (Danimarka) – "Qalatasaray” (Türkiyə) - 1:0

Xal durumu: "Bavariya” – 13, "Kopenhagen” – 8, "Qalatasaray” – 5, "Mançester Yunayted” - 4.

B qrupu

"Lans” (Fransa) – "Sevilya” (İspaniya) - 2:1

PSV (Niderland) – "Arsenal” (İngiltərə) - 1:1

Xal durumu: "Arsenal” – 13, PSV – 9, "Lans” – 8, "Sevilya” - 2.

C qrupu

"Napoli” (İtaliya) – "Braqa” (Portuqaliya) - 2:0

"Union” (Berlin, Almaniya) – "Real Madrid” (İspaniya) - 2:3

Xal durumu: "Real” – 18, "Napoli” – 10, "Braqa” – 4, "Union” - 2.

D qrupu

"İnter” (İtaliya) – "Real Sosyedad” (İspaniya) - 0:0

"Zaltsburq” (Avstriya) – "Benfika” (Portuqaliya) - 1:3

Xal durumu: "Real Sosyedad” – 12, "İnter” – 12, "Benfika” - 4, "Zaltsburq” – 4.


19827 oxunub

InvestAZ