XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Ali futbol qurumunun rəhbəri hakimə qarşı hücumu pislədi
İdman 18:12 / 12.12.2023

FİFA prezidenti Canni İnfantino türkiyəli futbol hakimi Halil Umut Melerə qarşı hücumdan danışıb. İtaliyalı funsioner hakimə qaşı hücumu pisləyib.

"Hakimlər olmasa, futbol da olmaz. Hakimlərin, oyunçuların, azarkeşlərin və texniki heyətin təhlükəsizliyi təmin edilməli və onların bu oyundan həzz alması təmin edilməlidir. Mən aidiyyatı qurumları bunun həyata keçirilməsini və bu şəxslərə bütün səviyyələrdə hörmət edilməsini təmin etməyə çağırıram”, - deyə C.İnfantino bildirib.

Qeyd edək ki, dünən Türkiyə Superliqasının 15-ci turu çərçivəsində "Çaykur Rizəspor”la ev oyunundan sonra "Ankaragücü” klubunun prezidenti Faruk Koca matçın baş hakimi Halil Umut Melerə hücum edərək onu döyüb.


22310 oxunub

InvestAZ