XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



"Qara qitə" ən yaxşılarını müəyyənləşdirdi
İdman 13:31 / 12.12.2023

Dekabrın 11-də Mərakeşdə 2023-cü ilin «ən yaxşıları»nın mükafatlandırma mərasimi olub. İlin ən yaxşı afrikalı futbolçusu nominasiyasında "Napoli"nin hücumçusu Viktor Osimhen bütün rəqiblərini qabaqlayıb.

Onun əsas rəqibləri "Liverpul"un hücumçusu Məhəmməd Salah və PSJ-nin müdafiəçisi Əşrəf Hakimi olub.

«Qara qitə»də ən yaxşı məşqçi nominasiyasında Mərakeş yığmasını 2023-cü ildə Qətərdə keçirilən dünya çempionatında yarımfinala çıxaran Valid Reqraqi olub. Ən yaxşı qapıçı kimi "Əl-Hilal”ın mərakeşli futbolçusu Yasin Bounu seçilib.


20194 oxunub

InvestAZ