XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Hakimi döydüyü üçün həbs edilən klub prezidenti açıqlama verdi
İdman 12:06 / 12.12.2023

Türkiyə Superliqasının 15-ci turu çərçivəsində "Çaykur Rizəspor”la ev oyunundan sonra matçın baş hakimi Halil Umut Meleri döyən "Ankaragücü” klubunun prezidenti Faruk Koca həbs edilib.

Türkiyə mətbuatında yayılan məlumata görə, onunla yanaşı daha iki nəfər də həbs olunub.

Klub prezidenti həbs olunduqdan sonra ilkin ifadəsində hakimə yumruq deyil, sillə vurduğunu deyib. "Mənim vuduğum sillə hansısa qırığa səbəb ola bilməz. Bu hadisə hakimin verdiyi yanlış qərarlardan sonra baş verdi. Məqsədim sözlə hakimə etiraz etmək idi. Lakin hisslərimi cilovlaya bilməyib sillə vurdum”, - deyə klub preizdenti ilkin ifadəsində bildirib.

Qeyd edək ki, oyun 1:1 hesabı ilə başa çatıb. 15 turdan sonra aktivində 18 xalı olan "Ankaragücü” 11-ci pillədə qərarlaşıb. "Çaykur Rizəspor” komandası isə 22 xalla 8-cidir.



19875 oxunub

InvestAZ