XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Türkiyə Superliqasının oyunları qeyri-müəyyən müddətədək təxirə salınıb
İdman 12:50 / 12.12.2023

Futbol üzrə Türkiyə Superliqasının 15-ci turu çərçivəsində keçirilən "Ankaragücü" - "Çaykur Rizespor" oyunundan sonra yaşanan qalmaqal Türkiyə mətbuatında və idman aləmində birmənalı qarşılanmayıb. Oyundan sonra meydana daxil olan "Ankaragücü" klubunun prezidenti Faruk Kocanın matçın baş hakiminə yumruq zərbələri endirməsindən sonra ədalət təmsilçisi yıxılıb. Artıq xoşagəlməz hadisəyə görə klub prezidenti, Ankaranın sabiq millət vəkili Faruk Koca AK Partiyadan xaric edilməsi tələbi ilə intizam məsuliyyətinə cəlb edilib. Hadisə ilə bağlı Türkiyə Superliqasının oyunları qeyri-müəyyən müddətədək təxirə salınıb.

Qeyd edək ki, oyun 1:1 hesabı ilə başa çatıb. 15 turdan sonra aktivində 18 xalı olan "Ankaragücü” 11-ci pillədə qərarlaşıb. " Çaykur Rizəspor” komandası isə 22 xalla 8-cidir.


18718 oxunub

InvestAZ