XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Klub prezidentinə yaraşmayan hərəkət
İdman 09:08 / 12.12.2023

Futbol üzrə Türkiyə Superliqasının 15-ci turu çərçivəsində keçirilən "Ankaragücü" - "Çaykur Rizespor" oyunundan sonra qalmaqal yaşanıb. Belə ki, "Ankaragücü" klubunun prezidenti Faruk Koca meydana daxil olaraq oyunun baş hakimi Halil Umut Melərə hücum edərək ona yumruq zərbələri endirib. Oyunun baş hakimi aldığı zərbələrdən sonra yıxılıb. Daha sonra meydandan uzaqlaşdırılan ədalət təmsilçisinə hakimlər otağında tibbi yardım göstərilib.

Qeyd edək ki, oyun 1:1 hesabı ilə başa çatıb. 15 turdan sonra aktivində 18 xalı olan "Ankaragücü” 11-ci pillədə qərarlaşıb. " Çaykur Rizəspor” komandası isə 22 xalla 8-cidir.



19466 oxunub

InvestAZ