XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Tələbələr arasında Respublika Spartakiadası keçirilib
İdman 14:31 / 11.12.2023

Orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş XV Respublika Spartakiadası keçirilib.

"Gənclik” Tələbə İdman Cəmiyyətindən verilən məlumata görə, spartakiadaya qızların dama yarışı ilə start verilib. Azərbaycan Pedaqoji Kollecinin idman kompleksində təşkil olunan yarışda 6 komanda iştirak edib. Azərbaycan Dövlət Pedaqoji Kolleci birinci, Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci ikinci, Bakı Texniki Kolleci üçüncü yeri tutub.

Oğlanlar arasında dama yarışında isə 7 komanda qalib adı uğrunda yarışıb. Yekun nəticələrə əsasən Qida Sənayesi Kollecinin komandası birinci yeri tutub. Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci gümüş, Sənaye və Texnologiya Kolleci isə üçüncü yerlə kifayətlənib.


24920 oxunub

InvestAZ