XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Komandamız Avropa çempionatından bürünc medalla qayıdır
İdman 12:38 / 11.12.2023

Rumıniyanın paytaxtı Buxarestdə 21 yaşadək taekvondoçular arasında Avropa çempionatı keçirilib. Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, yarışda ölkəmizi təmsil edən idmançımız Zemfira Həsənzadə 46 kq çəki dərəcəsində bürünc medala sahib çıxıb.

Z.Həsənzadə ilk döyüşündə finlandiyalı Ada-Emilya Tammilanı məğlub edib. O, ardınca Culia Qalero (İtaliya) və Melina Corciuya (Yunanıstan) da qalib gələrək yarımfinala yüksəlib. Taekvondoçumuz bu mərhələdə ispaniyalı Sofia Qarsiyaya uduzaraq, Avropa çempionatında 3-cü yeri tutub.

Qeyd edək ki, Azərbaycan millisi səfərə kişilərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçi Zahid Məmmədov və qadınlardan ibarət yığmanın baş məşqçisi Sun Mi Parkın rəhbərliyi altında yollanmışdı.


23683 oxunub

InvestAZ