XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



"Atletiko" minimal hesablı qələbə ilə üçüncü sıraya yüksəldi
İdman 00:14 / 11.12.2023
İspaniya La Liqasının XVI turun oyunları davam edir. Tur çərçivəsində "Atletiko Madrid” və "Almeriya” komandaları üz-üzə gəlib. "Civitas Metropolitano” stadionunda təşkil olunan oyun Madrid təmsilçisinin qələbəsi ilə yekunlaşıb -2:1. Matçın 17-ci dəqiqəsində Alvaro Morata hesabı açıb. 5 dəqiqə sonra Anxel Korrea "Atletiko Madrid”in üstünlüyünü iki topa çatdırıb. Qonaqlar bu qollardan birinin əvəzini çıxmağa müvəffəq olublar. Matçın 62-ci dəqiqəsində Leo Baptistao fərqlənib. Beləliklə, minimal hesablı qələbə qazanan Madrid təmsilçisi bu nəticədən sonra aktivindəki xalların sayını 34-ə çatdıraraq üçüncü pilləyə yüksəlib. "Almeriya” isə 4 xalla turnir cədvəlinin sonuncusudur.
20250 oxunub

InvestAZ