XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Klublarımız reytinqdə gerilədi
İdman 21:25 / 10.12.2023

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb. 402 komandadan ibarət siyahıda Azərbaycanın yenə 3 təmsilçisi yer alıb. Ötən ay 70-ci yerdə qərarlaşan "Qarabağ” (131,5 xal) hazırkı reytinqdə 84-cüdür. "Neftçi" və "Sabah" klubları da geriləyiblər. "Ağ-qaralar" 340-cı sıradan 378-ə, "Sabah” isə isə 342-ci mövqedən 391-ci pilləyə düşüb.

Dünya reytinqinə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi "Mançester Siti” (314 xal) başçılıq edir. İspaniya təmsilçisi "Real” (308 xal) ikincidir. İtaliyanın "İnter" (264) komandası isə üçüncü pillədə qərarlaşıb.


20680 oxunub

InvestAZ