XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Azərbaycan Premyer Liqası: “Sabah”dan böyükhesablı qələbə
İdman 17:15 / 10.12.2023

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun oyunları davam edir. Günün ilk matçında "Sabah" klubu "Səbail"lə qarşılaşıb.

"Bank Respublika Arena"da təşkil olunan oyun "Sabah” komandasının böyükhesablı qələbəsi ilə başa çatıb -4:0. Oyunda hesab 7-ci dəqiqədə açılıb. Mərakeşli futbolçu 21-ci dəqiqədə komandasının üstünlüyünü iki topa çatdırıb. Vurulan qoldan 7 dəqiqə sonra Cesse Sekidika fərqlənməklə "Sabah”ın  üstünlüyünü bir qədər də artırıb. Matçın ikinci hissəsində meydan sahibləri rəqib komandanı növbəti dəfə məyus ediblər. Vinsent Til 59-cu dəqiqədə dəqiq zərbə ilə oyunda son qolun müəllifi olub. Beləliklə, 4:0 hesablı qələbə qazanan "Sabah” aktivindəki xalların sayını 22-yə çatdıraraq, 7-ci pilləyə yüksəlib. Dördüncü pillədə qərarlaşan "Səbail" isə 23 xalda qalıb.


20820 oxunub

InvestAZ