XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Neftçi” üçüncü sıraya yüksəldi
İdman 20:28 / 10.12.2023

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun oyunlarına yekun vurulub. Turun son oyununda "Neftçi" komandası "Turan Tovuz"la qarşılaşıb. Oyun ağ-qaraların əzmkar qələbəsi ilə yadda qalıb -3:2. Matçda hesab 5-ci dəqiqədə açılıb. Paytaxt təmsilçisinin heyətində Filip Ozobiç fərqlənib. Lakin qoldan 3 dəqiqə sonra qonaqlar hesabı bərabərləşdirməyə müvəffəq olublar. Roderik Miller dəqiq zərbə ilə hesabdakı tarazlığı bərpa edib. Oyunun ikinci hissəsində flaqman yenidən hesabda önə keçməyi bacarıb. Bu dəfə 56-cı dəqiqədə Rəhman Hacıyev qol müəllifi olub. Lakin "Neftçi”nin qol sevinci bu dəfə də üç dəqiqə çəkib. Qarşılaşmanın 59-cu dəqiqəsində Otto Con Tovuz təmsilçisinin bərabərlik qolunu vurub. Buna baxmayaraq, "Neftçi” klubu matçda qələbə topunu vurmağı bacarıb. Matçın 73-cü dəqiqəsində Aaron Olanare "ağ-qaralar”a qələbə qazandıran qolu vurub. "Neftçi” komandası bu qələbədən sonra aktivindəki xalların sayını 25-ə çatdıraraq üçüncü pilləyə yüksəlib. "Turan Tovuz" isə 16 xalla 8-ci sırada qərarlaşıb.


20547 oxunub

InvestAZ