XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Gimnastlar ilin son yarışında bir araya gəliblər
İdman 15:27 / 10.12.2023

Batut gimnastikası üzrə 7-ci Azərbaycan çempionatı və Bakı birinciliyi, tamblinq üzrə 19-cu Azərbaycan çempionatı və Bakı birinciliyi keçirilib. Milli Gimnastika Arenasının köməkçi zalında təşkil olunan yarışda ümumilikdə 99 idmançı (batut üzrə 70, tamblinq üzrə 29) mübarizə aparıb.

Yarışda "Ocaq Sport” Klubu, Bakı Gimnastika Məktəbi, "Neftçi” İdman Klubu, 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbini təmsil edən idmançılar qüvvələrini sınayıblar.

Tamblinq üzrə yarışda idmançılar uşaqlar (2013-2015), yeniyetmələr (2011-2012), gənclər (2007-2010) və böyüklər (2006-cı il və daha böyük) yaş kateqoriyaları üzrə çıxış ediblər. Bu növ üzrə yarışda qaliblər təsnifat mərhələsində 2 çıxışın cəminə əsasən müəyyənləşib.

Batut üzrə yarışda fərdi çoxnövçülükdə balacalar (2016-cı il təvəllüdlülər), uşaqlar (2013-2015-ci il təvəllüdlülər), yeniyetmələr (2011-2012-ci il təvəllüdlülər), gənclər (2007-2010-cu il təvəllüdlülər), böyüklər (2006-cı il və daha böyük təvəllüdlülər) yaş kateqoriyaları üzrə mübarizəyə qoşulublar. Bu növ üzrə yarış iştirakçıları uşaqlar, yeniyetmələr və gənclər yaş kateqoriyasında sinxron proqramda da qüvvələrini sınayıblar.

Qeyd edək ki, hər iki yarış Azərbaycan Gimnastika Federasiyasının təşkil etdiyi ilin son milli yarışlarıdır.


19039 oxunub

InvestAZ