XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Abşeron” və “Azərreyl” liderliyini davam etdirir
İdman 22:12 / 09.12.2023

Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib.

Günün ilk qarşılaşmasında "Gəncə” komandası "Milli Aviasiya Akademiyası”nın qonağı olub. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan oyun "Gəncə” komandasının qələbəsi ilə başa çatıb -3:1.

Turun növbəti oyunu isə "Murov Az Terminal”ın idman zalında keçirilib. Burada "Azərreyl” komandası UNEC-lə üz-üzə gəlib. Tələbərə hər üç setdə qalib gələn Cengiz Akarçeşmenin komandası xallarının sayını 12-yə çatdırıblar.

Beləliklə, "Abşeron” və "Azərreyl” hərəyə 12 xalla turnir cədvəlində birinci və ikinci yerləri bölüşürlər. "Murov Az Terminal” 9 xalla 3-cü, "Gəncə” 6 xalla 4-cü, "Milli Aviasiya Akademiyası” 3 xalla 5-ci pillədə qərarlaşıb. Sonuncu yerdə olan UNEC-in isə xalı yoxdur.


20355 oxunub

InvestAZ