XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Kür” qələbə seriyasını davam etdirir
İdman 18:16 / 09.12.2023

Həndbol üzrə Azərbaycan çempionatında IV turun oyunlarına yekun vurulub. Turun son oyun günündə kişilərin yarışında iki, qadınların mübarizəsində isə bir oyun təşkil olunub.

Kişilərin çempionatında uğurlu oyunu ilə diqqət çəkən "Kür” komandası bu turda da qələbə seriyasını davam etdirib. Çempionatın lideri "Azəryol”u 32:25 hesabı ilə üstələyərək ardıcıl dördüncü qələbəsini qazanıb.

"Qarabağ”la "Bakı”nın mübarizəsində isə ikincilər üstün tərəf olublar. Kifayət qədər gərgin alınan qarşılaşmada rəqibinə 25:24 hesabı ilə qalib gələn "Bakı” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Qadınların mübarizəsində isə liderlər qrupunda yer alan "Kür” autsayder "Gənclər Birliyi”nə heç bir şans verməyib – 49:15.

Qeyd edək ki, qadınların liqasında turun əvvəlki oyunları dekabrın 2-də keçirilib. Həmin gün "Qarabağ” "İdman Akademiyası”nı (43:16), "Azəryol” isə "Bakı”nı (42:7) məğlub edib.


20027 oxunub

InvestAZ