XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Xizəkçi 20-ci əməliyyatını keçirib
İdman 12:56 / 09.12.2023
2023-cü il Dünya Çempionatının gümüş mükafatçısı, avstriyalı xizəkçi Nina Ortlibupala mövsümün ilk super-G yarışı öncəsi ciddi zədə alıb. Slovakiyanın Sportweb portalı xəbər verir ki, Sankt-Moritsdə (İsveçrə) mövsümün ilk super-G yarışına hazırlaşan Nina yıxılaraq, ayağını sındırıb. Avstriyalı idmançı helikopterlə müayinə üçün xəstəxanaya aparılıb. İndi onu əməliyyat və uzun müddət bərpa prosesi gözləyir. Ümumilikdə bu, Nina Ortlibupalanın 20-ci əməliyyatı olacaq. Avstriya Xizək İttifaqının ilkin məlumatına görə, ona baldır və ayaq sümüyünün sınığı diaqnozu qoyulub. Bu o deməkdir ki, onun üçün mövsüm bitib. Qeyd edək ki, xizəkçinin əvvəllər çarpaz bağların qopması, patellar vətərinin, medial bağın və menisküsün qopması, çiyninin xırdalanmış sınığı, qasıq sümüyünün, çanaq sümüyü sınığı, iki topuq zədəsi, üç metakarpal sümüyünün qırıqları, çıxmış çiyin, qabırğa sınığı, həmçinin təkrar burun sınıqları olub.
18177 oxunub

InvestAZ