XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Qapını bağladım və ağladım”
İdman 11:19 / 09.12.2023

Argentina millisinin və "İnter"in hücumçusu Lautaro Martinez zədəsi ilə oynamağa məcbur olduğu son DÇ-2022-dəki psixoloji durumundan danışıb. "Səudiyyə Ərəbistanı ilə matçda ağrılarım var idi və ağrıkəsici ilə oynadım. Eyni şey Meksika ilə oyunda da baş verdi (Argentina millisi DÇ-2022-nin qrup mərhələsində Səudiyyə Ərəbistanı (1:2) və Meksika (2:0) ilə oynayıb - red). Əsas heyətdəki yerimi bərpa etməyə çalışdım. Lakin zədə səbəbindən bu mümkün olmadı. Belə şəraitdə oynamaq çox çətin idi. Bir gün qapını bağladım və ağladım. Mənim üçün pis vaxt idi. Skaloni dövründə əla qol vuran oyunçu olmalıydım” - deyə Martinez bildirib.

Martinez bu fikirləri "RMC Sport” istehsalı olan, Argentina milli komandasına həsr olunan "Çempionlar. Bir il sonra" sənədli filmində açıqlayıb.

Xatırladaq ki, DÇ-2022-də Lautaro altı oyunda iştirak edib, bunun dördündə əvəzedici heyətlə çıxış edib. Bu görüşlərdə Lautaro heç bir nəticə ilə diqqət çəkməyib.


18716 oxunub

InvestAZ