XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



AOK Avropa Birliyi və Beynəlxalq Əlaqələr Komissiyasının iclası keçirilib
İdman 17:01 / 08.12.2023

Avropa Olimpiya Komitələrinin (AOK) və Beynəlxalq Əlaqələr Komissiyasının iclası keçirilib.

Milli Olimpiya Komitəsinin (MOK) mətbuat xidmətindənverilən məlumata görə, Belçikanın paytaxtı Brüsseldə keçirilən iclasda Azərbaycanı MOK-un beynəlxalq əlaqələr idarəsinin müdiri, AOK-un Beynəlxalq Əlaqələr Komissiyasının üzvü Anar Bağırov təmsil edib.

Komissiyanın iclasında "Agenda-2030” komissiyasının 2024-cü il üçün fəaliyyəti, Avropa İttifaqının İdman Siyasəti və Maliyyələşdirmə məsələləri, "Təhlükəsiz İdman” haqqında Beynəlxalq Olimpiya Komitəsinin İnsan Hüquqları ilə bağlı strategiyası, Avropa İdman Modeli və gələcək fəaliyyətlərlə bağlı müzakirələr aparılıb.


19435 oxunub

InvestAZ